masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.
“arhd.media”ın əldə etdiyi məlumata görə, bu gün abşeron rayonu masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
***
masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.
əldə etdiyimiz məlumata görə, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü pərişan əlövsət qızı süleymanova və 1996-cı ildə anadan olmuş nuranə rüstəm qızı isgəndərli olduqları müəyyənləşdirilib.
əməliyyat-axtarış tədbirləri davam etdirilir.























