şəmkirdə qətl hadisəsi baş verib.
“arhd.media”ın xəbərinə görə, şəmkir rayonunun qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü sərdarova çiçək xəlil qızının balta ilə qətlə yetirildiyi bildirilir.
onun oğlu, 1993-ci il təvəllüdlü allahverdiyev anar natiq oğlu cinayəti törətməkdə təqsirli bilinir. oğulun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir.
məlumata görə, a.allahverdiyev ruhi-əsəb xəstəsidir.
hadisə ilə bağlı şəmkir rayon prokurorluğunda araşdırma aparılır.






















