Qazax rayonunda minik avtomobilinin "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində həlak olan şəxs ehtiyatda olan polis zabiti imiş.


ARHD.AZ -ın əldə etdiyi məlumata görə, hadisə nəticısundə həyatını itirən Məzahir İbrahimxəlilov uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir neçə il öncə xidmətdə yaş həddi ilə əlaqədar təqaüdə göndərilibmiş.


Xatırladaq ki, dünən Qazax-Əskipara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.

Baxış sayı: 2 033

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə