tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“arhd.media” xəbər verir ki, qəza rayonun qaradağlı kəndi ərazisində qeydə alınıb.
qəza nəticəsində 1958-ci il təvəllüdlü nəsrəddin ağayev və 1971-ci il təvəllüdlü yunus ağayev hadisə yerində həyatlarını itiriblər. bildirilir ki, dünyasını dəyişən şəxslər qardaş olublar.
qəza zamanı 1991-ci il təvəllüdlü sənan ağayev və könül aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
faktla bağlı araşdırma aparılır.























