goranboyda peyvənd vurulan körpə ölüb.
“arhd.media” “report”a istinadən xəbər verir ki, hadisə rayonun yuxarı ballıqaya kəndində baş verib.
belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
o, iynənin təsirindən şoka düşərək vəfat edib.
faktla bağlı araşdırma aparılır.























