bakıdakı “idrak” liseyində silahlı insident baş verib.
“arhd.media” unikal-a istinadən xəbər verir ki, hadisə binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
***
liseyin rəhbəri mönsüm alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.
“şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o əlavə edib.























