dövlət təhlükəsizliyi xidməti (dtx) balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb.


arhd.media  xəbər verir ki, bu barədə dtx məlumat yayıb.


bildirilib ki, dtx tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı balakən rayon icra hakimiyyətinin başçısı olmuş islam vahid oğlu rzayevin həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.


müəyyən olunub ki, islam rzayev balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alınıb.


faktla bağlı dtx-nin istintaq baş idarəsində başlanılmış cinayət işi üzrə islam rzayev saxlanılaraq azərbaycan respublikası cinayət məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baxış sayı: 3 170

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə