dövlət təhlükəsizliyi xidməti (dtx) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan balakənin sabiq icra başçısı islam rzayev məhkəməyə çıxarılıb.


arhd.media  məlumatına görə, istintaq orqanı külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.


səbail rayon məhkəməsi cinayətin ağırlığını, həmçinin istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq vəsatəti təmin edib.


qərara əsasən i.rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. o, məhkəmədən birbaşa dtx-nin istintaq təcridxanasına aparılıb.


qeyd edək ki, dünən prezident islam rzayevi balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Baxış sayı: 3 528

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə