bu gün dövlət təhlükəsizliyi xidməti (dtx) tərəfindən keçirilən əməliyyatla saxlanılan balakən rih-in başçısı islam rzayev 14 ildir həmin rayona rəhbərlik edir.


arhd.media  xəbər verir ki, o, əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifələr tutub.


islam vahid oğlu rzayev 1965-ci ildə göyçay rayonunda anadan olub. 1988-ci ildə leninqrad maliyyə-iqtisad institutunun bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. əmək fəaliyyətinə elə həmin ildə göyçay rayon maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. daha sonra vergilər nazirliyinin göyçay rayonu, həmçinin bakı şəhərinin nizami və əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.


o, həmçinin “azəriqaz”da baş mütəxəssis, 2007–2011-ci illərdə isə azərbaycan dövlət neft şirkətinin audit departamentində rəis müavini olub.


islam rzayev 18 may 2011-ci ildən balakən rayon icra hakimiyyətinin başçısı və yeni azərbaycan partiyasının (yap) üzvüdür.


ailəlidir, 3 övladı var. qızı fəridə rzayeva suraxanı rayon məhkəməsinin hakimidir.

Baxış sayı: 3 177

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə