bakı, 30 yanvar, arhd.media
yanvarın 29-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
bu barədə arhd.media -a daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən bildirilib.
qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.






















