bakı, 11 mart, arhd.media
külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
martın 9-da dövlət sərhəd xidmətinin sərhəd qoşunları komandanlığının “göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin irandan azərbaycan respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
dövlət sərhəd xidmətinin mətbuat mərkəzindən arhd.media-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana, 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən iran islam respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü cavadi məmmədreza məhəmməd və 2001-ci il təvəllüdlü mirzadeh milad cəlal saxlanılıb.
fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.























