Rusiya və Ukrayna arasında humanitar atəşkəs elan edildikdən sonra Xerson vilayətinin Oleşki şəhərində 2 nəfər həlak olub.


“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova açıqlayıb.


O, həmin şəxslərin humanitar missiyanın keçidi üçün ərazinin minalardan təmizlənməsi zamanı mina partlaması nəticəsində həlak olduqlarını bildirib. 


Lantratova həmçinin hazırda bütün təhlükəsizlik tədbirlərinin təmin edildiyini vurğulayıb. 


Xatırladaq ki, Rusiya və Ukrayna oktyabrın 23-də Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.

Baxış sayı: 3 807

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə