bakı, 19 fevral, arhd.media
külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edilib
iran islam respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə bakı baş gömrük idarəsinin “ipək yolu” gömrük postunda rentgen qurğusunda baxış keçirilib və bir ədəd qara rəngli sellofan torbada olan rezin boruların içərisində şübhəli cizgilər müşahidə edilib.
dövlət gömrük komitəsindən arhd.media-a bildirilib ki, baxış zamanı həmin rezin boruların içərisində, ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama müəyyən olunub. həmin bağlamalardan 25 ədədinin içərisindən xüsusilə külli miqdarda, 983.316 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
aşkar edilmiş psixotrop maddəni ölkə ərazisində təhvil alacaq şəxslərin müəyyən edilməsi istiqamətində bakı baş gömrük idarəsinin əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində psixotrop maddə olan rezin boruları təhvil alan 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlardan xeyli miqdarda narkotik vasitə - 16 həb metadon və 1 həb onun qırıntısı aşkarlanıb.
faktla bağlı əməliyyat-istintaq baş idarəsində başlanılmış cinayət işi üzrə xarici ölkə vətəndaşları azərbaycan respublikası cinayət məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində yasamal rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. cinayət işi üzrə istintaq aparılır.

























