Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.


Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.


08:24


Bu gün səhər saatlarında Xırdalanda yanğın hadisəsi baş verib.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.


Qeyd olunub ki, yanan "Gəmi" restoranıdır. Hazırda ətrafı qara tüstü bürüyüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələki məlum deyil.


“ARHD.MEDiA”nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.


"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.

 

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə