Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.


“ARHD.MEDiA” Baş Prokurorluğa istinadən xəbər verir ki, Məmmədov Taleh Zakir oğlunun qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.


İbtidai istintaqla Taleh Məmmədovun 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasının təmin edilməsi müqabilində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.

Baxış sayı: 3 945

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə