Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


“ARHD.MEDiA”nın məlumatına görə, iş baxılmaq üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilib.


Ölkə gündəmində olan bu cinayət işi hakim Murad Aslanovun sədrliyi ilə araşdırılacaq.

 R.Mehdiyevə Cinayət Məcəlləsinin 178.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.


“Boz kardinal”ın ilk məhkəmə iclası sentyabrın 21-də keçiriləcək.


Qeyd edək ki, bu haqda ilk məlumatı “Gununsesi.info” yayıb.

Baxış sayı: 3 126

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə