bakı, 15 fevral, arhd.media
socar-la asiya inkişaf bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub
socar-ın prezidenti rövşən nəcəf asiya inkişaf bankının azərbaycan üzrə ölkə direktoru sunniya durrani-camal ilə görüşüb. bu barədə arhd.media-a socar-ın mətbuat xidmətindən məlumat verilib. bildirilib ki, görüşdə socar ilə asiya inkişaf bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, o cümlədən enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
söhbət zamanı socar-ın dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. tərəflər bərpaolunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafın təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
























