dünya bazarlarında “azeri light” (cif) markalı azərbaycan nefti ucuzlaşıb.
“arhd.media” xəbər verir ki, azərbaycan neftinin 1 barelə olan qiyməti 4,82 abş dolları və ya 4,8% ucuzlaşaraq 95,27 abş dolları olub.
qeyd edək ki, ötən gün neftimiz 100,09 abş dollarına ticarət edilib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları təşkil edib.
builki dövlət büdcəsində “azeri light”ın 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.























