əmək və əhalinin sosial müdafiəsi nazirliyinin (əəsmn) tabeliyindəki dövlət sosial müdafiə fondu (dsmf) tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və prezidentin aylıq təqaüdü ödənilib.


“arhd.media” xəbər verir ki, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib.


ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.


yanvar-aprel aylarında daha 52 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 931 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Baxış sayı: 3 424

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə