dünya bazarında "azeri light" markalı azərbaycan neftinin 1 barelinin qiyməti 2,93 abş dolları və ya 2,58 % artaraq 116,41 abş dolları təşkil edib.


bu barədə "arhd.media"ya neft bazarındakı mənbə məlumat verib.


hərracların nəticələrinə görə, "brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 112,2 abş dolları təşkil edib.


türkiyənin ceyhan limanında fob bazasında "azeri light" markalı azərbaycan neftinin bir barelinin qiyməti 2,96 abş dolları və ya 2,67 % artaraq 113,94 abş dolları təşkil edib.


azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 abş dollarından hesablanıb.


xatırladaq ki, "azeri light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 abş dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 abş dolları) qeydə alınıb. azərbaycanda bu markadan olan neft "azəri-çıraq-günəşli" (açg) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. müqavilədə azərbaycan dövlət neft şirkətinin (socar) payı 31,65 %-dir.

Baxış sayı: 3 034

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə