dünya bazarında “azeri light” (cif) markalı azərbaycan nefti bahalaşıb.
“arhd.media” xəbər verir ki, azərbaycan neftinin bir barelinin qiyməti 0,5 abş dolları və ya 0,45 % artaraq 110,48 abş dolları təşkil edib.
qeyd edək ki, azərbaycan neftinin əvvəlki qiyməti 109,98 abş dolları təşkil edib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
builki dövlət büdcəsində “azeri light”ın 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.






















