ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma ümidlərini artırması çərşənbə günü Asiya bazarlarında neft qiymətlərinin düşməsinə səbəb olub.


“ARHD.MEDiA” xəbər verir ki, Tramp bölgədə gərginliyi artıran və Hörmüz boğazında gəmilərə nəzarət etməyi hədəfləyən “Azadlıq Layihəsi” əməliyyatının razılaşmanın nəticəsini görmək üçün müvəqqəti dayandırılacağını açıqlayıb.


Bu xəbərin ardından qlobal etalon sayılan “Brent” xam neftinin qiyməti 1,7 faiz azalaraq 108 dollara, ABŞ neftinin qiyməti isə 1,6 faiz azalaraq 100,60 dollara enib.


Həftənin əvvəlində Yaxın Şərqdə artan hücumlar səbəbindən neft qiymətləri 6 faizdən çox yüksəlmişdi. Lakin Trampın açıqlaması qiymətlərin tədricən düşməsinə səbəb olub. 

Baxış sayı: 2 885

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə