Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə "İnterfaks" məlumat verib.


Bakı vaxtı ilə saat 9:11-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.12 dollar (0.11%) azalaraq bir barel üçün 108.05 dollara düşüb. Əvvəlki sessiyada "Brent"in qiyməti 2.23 dollar (2.02%) azalaraq 108.17 dollar olmuşdu.


Nyu-York Ticarət Birjasında (NYMEX) ) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.49 dollar (0.48%) ucuzlaşaraq bir barel üçün 101.45 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı neft 3.13 dollar (2.98%) ucuzlaşaraq bir barel üçün 101.94 dollar olub.

Baxış sayı: 2 967

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə