bakı, 13 fevral, arhd.media
polis biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlayıb
biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.
daxili işlər nazirliyinin mətbuat xidmətinin lənkəran regional qrupundan arhd.media-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əli tağıyev, maqsud əliyev və mərahim alcanov saxlanılıb. onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.
şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə dövlət xəlilov saxlanılıb. ondan 1 ədəd “aks-74u” markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.
faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






















