ABŞ-nin İran limanlarına qarşı blokadanı genişləndirə biləcəyi barədə xəbərlər qlobal enerji bazarlarında qiymət artımını sürətləndirib.


“ARHD.MEDiA” xəbər verir ki, qlobal bazarda etalon sayılan “Brent” markalı neft üzrə iyun fyuçersləri 0,47 faiz bahalaşaraq, bir barel üçün 111,78 dollara çatıb.


Bununla da “Brent” markalı neft ardıcıl səkkizinci ticarət günündə artım nümayiş etdirib.


Daha aktiv ticarət olunan iyul fyuçersləri də 0,4 faiz artaraq, 104,84 dollar səviyyəsinə yüksəlib.


ABŞ-nin Qərbi Texas Aralıq nefti (WTI) üzrə iyun fyuçersləri isə 57 sent artaraq, bir barel üçün 100,50 dollara çatıb. Əvvəlki sessiyada 3,7 faiz kəskin yüksəliş qeydə alan WTI qiymətləri son səkkiz ticarət gününün yeddisində artımla bağlanıb.

Baxış sayı: 3 031

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə