Azərbaycan Mərkəzi Bankı (AMB) 3 şirkəti cərimələyib.


“ARHD.AZ” AMB-yə istinadən xəbər verir ki, “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC inzibati məsuliyyətə cəlb edilib.


Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydaları pozulub.


Bu səbəblə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib.

Baxış sayı: 2 590

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə