mikayıl cabbarov: əmək müqavilələrinin sayı 33 faiz artıb

bakı, 13 fevral, arhd.media


mikayıl cabbarov: əmək müqavilələrinin sayı 33 faiz artıb


2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft, özəl bölmə üzrə isə bu rəqəm 82,1 faiz artıb.

arhd.media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri mikayıl cabbarov “vergi xidməti – 25: davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda deyib.

nazir bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan ticarət - 29,6 faiz, xidmət - 22,7 faiz, sənaye -12,9 faiz sahələridir.

“maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 faiz - 4,7 faiz aralığında aşağı səviyyədə artım müşahidə edilib. əmək müqavilələrinin 52,3 faizi ticarət və xidmət sahələrinin payına düşür”, - deyə nazir vurğulayıb.

Baxış sayı: 6 555

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə