azərbaycandan ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.
“arhd.media” apa-ya istinadən xəbər verir ki, həmin həcmdə dizel yanacağı bu gün dəmir yolu ilə azərbaycandan yola salınacaq.
qeyd edək ki, azərbaycanla ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də azərbaycandan ermənistana neft məhsullarının ixracına başlanılıb.























