bakı, 11 fevral, arhd.media
maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub
azərbaycan mərkəzi bankının (amb) sədri taleh kazımov azərbaycan fintex assosiasiyasının üzvləri ilə görüşüb.
amb-dən arhd.media -a bildirilib ki, görüş çərçivəsində maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub.
həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” üzrə müəyyənləşdirilmiş strateji prioritetlərlə bağlı əldə olunmuş nəticələr və yaxın perspektivdə həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.






















