“şimal-cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib fərman
bakı, 11 fevral, arhd.media
prezident ilham əliyev “azərbaycan respublikası hökuməti ilə rusiya federasiyası hökuməti arasında “şimal-cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
arhd.media xəbər verir ki, fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirliyi tərəfindən sənədin müddəalarının həyata keçirilməsi təmin ediləcək.
bundan başqa, xarici işlər nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə rusiya federasiyası hökumətinə bildiriş göndərəcək.






















