geosiyasi gərginlik fonunda spot bazarda qızıl və gümüşün qiymət rekordları yenilənib.
arhd.media -ın məlumatına görə, spot qızılın qiyməti bakı vaxtı ilə saat 10:06-da 0.9% artaraq trua unsiyası üçün 4 628.75 dollara çatıb. daha əvvəl qiymət trua unsiyası üçün tarixdə maksimal 4 639.62 dollara yüksəlmişdi.
gümüşün qiyməti 3.6% artaraq trua unsiyası üçün 90.04 dollara çatıb. qiymət tarixdə ilk dəfə trua unsiyası üçün 90 dolları keçib və gün ərzində trua unsiyası üçün rekord 91.55 dollara yüksəlib.
platinin qiyməti 3.9%, palladiumun qiyməti isə 3.6% artıb.
geosiyasi risklərin artması qiymətli metalların müdafiə aktivləri kimi cəlbediciliyini artırır.























