dünya bazarlarında “azeri light” markalı azərbaycan nefti ucuzlaşıb.
arhd.media xəbər verir ki, azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 abş dollar və ya 1,03 % azalaraq 65,32 abş dolları təşkil edib.
qeyd edək ki, azərbaycan neftinin əvvəlki qiyməti 66 abş dolları təşkil edib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
azərbaycanın builki dövlət büdcəsində “azeri light” markalı azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 abş dollarından hesablanıb.























