nyu-york ticarət birjasının “comex” bölməsində 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə 4 200 dollar həddini keçib.
“arhd.media”ın ticarət platformalarına istinadən məlumatına görə, bakı vaxtı ilə saat 05:12-də bir troya unsiyası üçün qızılın qiyməti 4 202,4 dollar olub ki, bu da 0,64%-lik artım deməkdir.
beş dəqiqə sonra isə qiymət bir qədər geriləyərək 4 199,8 dollara düşüb (+0,58%).
bu göstərici qızılın qiymətində yeni tarixi maksimum sayılır.























