bakı, 17 sentyabr, arhd.media
qazaxıstan neftinin bakı-tbilisi-ceyhan boru kəməri ilə tranziti bərpa edilib
qazaxıstanın “kazmunayqaz” (kmg) şirkəti bakı-tbilisi-ceyhan (btc) boru kəməri ilə neft ixracını bərpa edib.
arhd.media şirkətin rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 13-də aktau limanından bakı-tbilisi-ceyhan istiqamətində 8,8 min ton kaşaqan nefti yüklənərək göndərilib ki, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır.
xatırladaq ki, bu ilin avqust ayında qazaxıstan neftinin bakı-tbilisi-ceyhan istiqamətində nəql dayandırılmışdı.
bu ilin 8 ayı ərzində btc istiqamətinə nəql olunan qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.
azərbaycanın dövlət neft şirkəti (socar) ilə qazaxıstanın kmg şirkəti arasında neftinin tranziti barədə saziş 2022-ci ildə imzalanıb. 2024-cü ildə isə kmg və socar azərbaycan ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.























