bakı, 28 iyul, arhd.media
iyul ayının bütün sosial ödənişləri yekunlaşıb
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondu tərəfindən iyul ayının bütün sosial ödənişləri başa çatdırılıb.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, iyulun 11-də bakı, sumqayıt şəhərləri, abşeron rayonu və naxçıvan muxtar respublikası üzrə iyul ayının pensiyaları, iyulun 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.
iyulun 25-də isə bu ayın müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.






















