
bakı. arhd.media:
azərbaycan neftinin qiyməti bahalaşıb
italiyanın augusta limanında azərbaycanın "azeri light" markalı neftinin cif bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,22 abş dolları və ya 1,76% artaraq, 70,41 dollar/barel təşkil edib.
bu barədə arhd.media-ə neft bazarındakı mənbə məlumat verib.
məlumata görə, türkiyənin ceyhan limanında fob bazasında “azeri light” markalı neftin bir barelinin qiyməti 1,26 dollar və ya 1,86% bahalaşaraq 69,16 dollar təşkil edib.
urals markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,45 dollar və ya 2,55% artaraq, 58,39 dollar/barelə bərabər olub.
şimal dənizində hasil edilən “dated brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,1 dollar və ya 1,58% artaraq, 70,80 dollar/barel təşkil edib.
azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 abş dollarından hesablanıb.























