

bakı, 15 iyul, arhd.media
birinci yarımildə bərpaolunan enerji istehsalı 14 faizdən çox artıb
cari ilin birinci yarımili üzrə respublikada elektrik enerjisinin istehsalı 291,5 milyon kilovat-saat, yəni 2,2 faiz artaraq 13 milyard 849,3 milyon kilovat-saat olub.
energetika nazirliyindən arhd.media-a bildirilib ki, bu dövrdə ies-lərdə 11 milyard 519,2 milyon kilovat-saat, ses-lərdə 1 milyard 860 milyon kilovat-saat, digər mənbələr üzrə isə 470,1 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 21 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 314,6 milyon kilovat-saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən 14,6 faiz və ya 297,2 milyon kilovat-saat artımla 2 milyard 330,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
6 ay ərzində elektrik enerjisinin istehsalı “azərenerji” asc üzrə 12 milyard 323,2 milyon kilovat-saat (ies-lərdə 10 milyard 441,4 milyon kilovat-saat, ses-lərdə 1 milyard 851,1 milyon kilovat-saat, ges-lərdə 30,7 milyon kilovat-saat), “azərişıq” asc üzrə külək elektrik stansiyalarında 14,6 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 511,5 milyon kilovat-saat təşkil edib.
hesabat dövründə elektrik enerjisinin ixracı 59,9 faiz artaraq 709,9 milyon kilovat-saat, idxalı isə 15,9 faiz azalaraq 81,1 milyon kilovat-saat olub.























