şuşa, 2 iyul, arhd.media



şuşada 6-cı eco biznes-forumu keçirilir


bu gün şuşa şəhərində iqtisadiyyat nazirliyi, ixracın və investisiyaların təşviqi agentliyi (azpromo), iqtisadi əməkdaşlıq təşkilatının (eco) katibliyi və iət ticarət və sənaye palataları konfederasiyasının təşkilatçılığı ilə 6-cı eco biznes-forumu keçirilir.

arhd.media xəbər verir ki, tədbir azərbaycan respublikasının prezidenti ilham əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “eco həftəsi” çərçivəsində təşkil edilir.

forumun keçirilməsində məqsəd eco regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, ikt, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq.

tədbir çərçivəsində biznes-dövlət (b2g), biznes-biznes (b2b) formatlarında görüşlər təşkil ediləcək.

Baxış sayı: 5 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə