daha 4 kob subyekti vergidən azad olunub
bakı, 4 fevral, arhd.media
“startap” şəhadətnaməsinin verilməsi üzrə kiçik və orta biznesin inkişafı agentliyində (kobia) yaradılmış ekspertlər şurasının növbəti iclası keçirilib.
kobia-dan arhd.media-a bildirilib ki, iclasda kob subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə “startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“startap” şəhadətnamələri “mobil mühasib” mmc-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, “performance center” mmc-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, iddo psp mmc-nin iddo sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və yollaz mmc-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.
bununla da “startap” şəhadətnaməsi almış kob subyektlərinin sayı 192-yə çatıb.
“startap” şəhadətnaməsi kob subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “startap” şəhadətnaməsi üçün kobia-ya müraciət edə bilərlər.























