london, 24 iyun, arhd.media



uk 2035-ci ilə qədər üdm-in 5 faizini müdafiəyə xərcləyəcək


böyük britaniyanın baş naziri kir starmer 2035-ci ilə qədər ölkənin müdafiə və milli təhlükəsizlik sahələrinə üdm-in 5 faizi həcmində vəsait ayıracağını bəyan edib.

arhd.media “independent”ə istinadla xəbər verir ki, bu açıqlama nato-nun haaqa sammiti ərəfəsində imzalanan yeni razılaşma fonunda verilib.

5 faizlik müdafiə xərci göstəricisi daha əvvəl abş prezidenti donald tramp tərəfindən tələb edilmişdi. o, avropa ölkələrinin artıq abş-ın müdafiə xərclərinə arxalanmamalı olduğunu bildirib.

kir starmer bildirib ki, 5 faizlik göstərici ikinci dünya müharibəsindən bəri britaniyanın müdafiəyə ayırdığı ən yüksək üdm payı olacaq. lakin britaniya hökuməti hələlik 5 faizlik hədəfinin necə maliyyələşdiriləcəyinə dair konkret açıqlama verməyib.

Baxış sayı: 1 249

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə