bakı, 20 iyun, arhd.media
mikayıl cabbarov: özbəkistanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması razılaşdırılıb
azərbaycan ilə özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması barədə razılıq əldə edilib.
arhd.media xəbər verir ki, bunu iqtisadiyyat naziri mikayıl cabbarov bakıda keçirilən lll azərbaycan-özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.
“bu hədəfə çatmaq yalnız ticarət deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. bu istiqamətdə bir sıra addımlar atılır”, - deyə nazir əlavə edib.






















