bakı, 11 iyun, arhd.media
azərbaycanda 106 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb
indiyədək ölkə ərazisində 10 min 520 ədəd yeni nəsil nəzarət-kassa aparatları (nka) quraşdırılıb.
dövlət vergi xidmətindən arhd.media-a verilən məlumata görə, yeni nəsil nka-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
cari ilin yanvar-may aylarında yeni nəsil nka-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499 milyon 316,8 min manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 1 milyard manatdan çoxdur.






















