bakı, 1 fevral, arhd.media





socar-ın prezidenti rövşən nəcəf pakistan islam respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri aleem khan ilə görüşüb.
socar-dan arhd.media-a bildirilib ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
söhbət zamanı socar ilə pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.






















