iqtisadiyyat naziri opec beynəlxalq inkişaf fondunun prezidenti ilə görüşüb

bakı, 22 may, arhd.media


iqtisadiyyat naziri mikayıl cabbarov islam inkişaf bankı qrupunun illik toplantısında iştirak etmək məqsədilə əlcəzair xalq demokratik respublikasında səfərdədir.

nazirlikdən arhd.media-a bildirilib ki, illik toplantı çərçivəsində neft ixrac edən ölkələr təşkilatının (opec) beynəlxalq inkişaf fondunun prezidenti əbdülhəmid əlxəlifə ilə görüş keçirilib.

görüşdə opec fondu ilə azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.

tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.

Baxış sayı: 3 524

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə