agentlik: dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

bakı, 19 may, arhd.media


ümumdünya heyvan sağlamlığı təşkilatının (ühst) rəsmi məlumatına əsasən, braziliya federativ respublikasının riu-qrandi-du-sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

bu barədə arhd.media-a azərbaycan qida təhlükəsizliyi agentliyinin (aqta) informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün riu-qrandi-du-sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ühst-nin “quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nə uyğun olaraq aqta tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.

eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün dövlət gömrük komitəsinə müraciət edilib.

Baxış sayı: 5 392

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə