bakı, 12 may, arhd.media
cari ilin yanvar-aprel aylarında iqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub.
dövlət vergi xidmətindən arhd.media-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 266,1 milyon manat və ya 4 faiz artıb.
qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4 faiz çox olub.
ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.























