bakı, 31 yanvar, arhd.media
azərbaycan mərkəzi bankının (amb) sədri taleh kazımov ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüşüb.
amb-dən arhd.media-a bildirilib ki, görüş çərçivəsində bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələlər müzakirə olunub.






















