bakı, 31 yanvar, arhd.media
bmt və azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni çərçivə sənədi hökumətlə tam məsləhətləşmə və razılaşma şəraitində hazırlanacaq.
arhd.media xəbər verir ki, bu barədə bmt-nin regional inkişafın koordinasiya ofisinin (dco) dayanıqlı inkişaf üzrə mütəxəssisi fioralba şkodra bmt və azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədi (2026-2030-cu illər) üzrə “yüksək səviyyəli strateji prioritetləşdirmə” tədbirində deyib.
“çərçivə sənədinin məqsədi dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasına dəstək olmaqdır. bu, bmt-nin inkişaf fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsi üçün ən vacib alətdir. bmt və azərbaycan hökuməti arasında 2021-2025-ci illər üçün dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədinin icrası ilə bağlı uğurlu nəticələr əldə edilib”, - deyə f.skodra qeyd edib.






















