bakı, 30 yanvar, arhd.media


 

dünya iqtisadi forumunun (dif) rəsmi səhifəsində “azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən necə istifadə edir” sərlövhəli məqalə dərc olunub.

arhd.media xəbər verir ki, məqalədə azərbaycanın süni intellekt texnologiyalarını enerji sektoruna inteqrasiya edərək səmərəliliyi və dayanıqlılığı artırmaq istiqamətindəki mühüm addımları qeyd olunub. “ölkə cop29 çərçivəsində aparılan müzakirələr fonunda bərpaolunan enerjidən istifadəni genişləndirmək və karbonsuzlaşma hədəflərinə nail olmaq üçün süni intellekt əsaslı həlləri tətbiq edir”, - deyə məqalədə bildirilib.

dünya iqtisadi forumunun enerji və materiallar mərkəzi ilə dördüncü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin (4sim) birgə həyata keçirdiyi “enerjidə süni intellekt həlləri” təşəbbüsü çərçivəsində yerli tərəfdaşların iştirakı ilə enerji istehlakının optimallaşdırılması, infrastruktur üçün proqnozlaşdırılan texniki xidmətlərin təkmilləşdirilməsi və süni intellekt əsaslı enerji tələbinin proqnozlaşdırılması kimi qabaqcıl yanaşmalar yer alır.

qeyd edək ki, bu həll konseptlərinin həyata keçirilməsi məqsədilə azərbaycanda pilot layihələrin icrasına başlanılıb. layihələr çərçivəsində ağıllı sensorlar və prediktiv süni intellekt alqoritmlərinin tətbiqi ilə enerji istehlakına 30 faizə qədər qənaət edilməsi və karbon emissiyalarının 25-30 faiz səviyyəsində azaldılması hədəflənir. bundan əlavə, azərbaycanın bərpaolunan enerji potensialından maksimum istifadə edərək qlobal yaşıl enerji tədarükçüsü kimi çıxış etməsi istiqamətində mühüm addımlar atılır.

Baxış sayı: 3 489

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə