bakı, 29 aprel, arhd.media
aprelin 30-da böyük britaniyanın london şəhərində azərbaycan hökuməti ilə böyük britaniya və şimali irlandiya birləşmiş krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclası keçiriləcək.
energetika nazirliyindən arhd.media-a verilən məlumata görə, komissiyanın iclasında energetika naziri pərviz şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
iclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlıq əlaqələrinə dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulub.
qeyd edək ki, komissiyanın həmsədrləri azərbaycanın energetika naziri pərviz şahbazov və birləşmiş krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri qaret tomasdır.























